AZ

Keniyalı müşavir: Azərbaycanın müasir infrastrukturu gələcəyin şəhərləri üçün nümunədir

Bakı, 21 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) aparılan müzakirələr şəhər planlaşdırılması və dizaynı sahəsində mövcud problemlərin həllinə çalışan insanların bir araya gəlməsi ilə diqqət çəkir. Forum çərçivəsində Kolumbiyanın Boqota şəhərində həyata keçirilən layihələr, həmçinin Asiyada qurulan gələcəyin şəhərləri ilə bağlı təqdimatlar nümayiş olunur. Müzakirələr zamanı Azərbaycanın müharibədən sonrakı dövrdə iqtisadiyyatın bərpası və memarlıq sahəsində formalaşdırdığı müasir infrastruktur xüsusi maraq doğurub.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Keniyadan olan planet üçün yürüş qlobal təşəbbüsünün gənc müşaviri Joseph Silali söyləyib. O bildirib ki, bu inkişaf modeli həm münaqişədən çıxmış cəmiyyətlər, həm də xüsusilə Afrika ölkələri üçün gələcəyin nümunəsi kimi qiymətləndirilir. Azərbaycanın şəhərsalma və inkişaf sahəsində qazandığı təcrübə Afrika üçün mühüm əhəmiyyət kəsb edir. Bu ölkənin inkişaf yolu gələcək şəhərlərin qurulması baxımından örnək kimi dəyərləndirilir.

Müxbir - Mehrac Ağasiyev
Foto - İlham Nadirov
Seçilən
47
2
azertag.az

3Mənbələr