AZ

Həftədə 610 dəqiqə fiziki fəaliyyət infarkt riskini 30 faiz azaldır

Ürək-damar xəstəlikləri, o cümlədən infarkt, insult və digər risklərin ciddi şəkildə azalması üçün böyüklərin həftədə təxminən 560–610 dəqiqə fiziki aktivliyə ehtiyacı ola bilər. 

HİT.az xəbər verir ki, bu nəticəyə Makao Politexnik Universitetinin alimləri gəlib. Tədqiqatın nəticələri “British Journal of Sports Medicine” (BJSM) jurnalında dərc olunub.

Tədqiqatçılar Böyük Britaniyada aparılan UK Biobank layihəsinin təxminən 17 min iştirakçısının məlumatlarını təhlil ediblər. Könüllülərin orta yaşı 57 olub. Bir həftə ərzində iştirakçılar fiziki aktivlik səviyyəsini ölçən xüsusi qolbaqlar taxıb, həmçinin dözümlülük testlərindən və ürək, ağciyər və əzələlərin işini qiymətləndirən maksimal oksigen sərfiyyatı göstəricisinin ölçülməsindən keçiblər.

Təxminən 8 illik müşahidə dövründə alimlər 1200-dən çox ürək-damar hadisəsi qeydə alıblar. Bunlara infarkt, insult, ürək çatışmazlığı və aritmiya daxil olub. Təhlil göstərib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həftədə 150 dəqiqə orta və ya intensiv aktivlik ürəyi qorusa da, təsir nisbətən məhdud olub — risk təxminən 8–9% azalıb.

Riskin 30%-dən çox azalması üçün isə iştirakçılara həftədə 560–610 dəqiqə orta və ya yüksək intensivlikli fiziki aktivlik lazım olub. Buraya sürətli yerimə, qaçış, velosiped sürmə və ürəyi daha aktiv işlədən digər aerob məşqlər daxildir.

Müəlliflərin sözlərinə görə, bu yük gündə təxminən 1,5 saat aktivliyə bərabərdir və yalnız iştirakçıların 12%-i tərəfindən davamlı şəkildə yerinə yetirilə bilib. Xüsusilə aşağı fiziki hazırlığa malik insanlar üçün bu norma daha çətin olub və onlar eyni effekti əldə etmək üçün daha uzun müddət məşq etməli olublar.

Samir

Seçilən
10
hit.az

1Mənbələr