AZ

Bazar günü 56 mindən çox abituriyent üçün imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İI ixtisas qrupu üzrə imtahanda 28 507, III ixtisas qrupu üzrə imtahanda isə 28 340 nəfər olmaqla, ümumilikdə 56 847 abituriyentin iştirakı nəzərdə tutulur. pizza hut

İmtahanda 82 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. 


Telegram kanalımız
Seçilən
32
yenisabah.az

1Mənbələr