AZ

Arıların yox olması təbiətə necə təsir edər? - ARAŞDIRMA

Bioloq arıların yox olmasının təbiətə ciddi təsirlər göstərə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, Sankt-Peterburq Dövlət Baytarlıq Universitetinin biologiya, ekologiya və histologiya kafedrasının dosenti, bioloq Pavel Amosov “Gazeta.Ru”ya açıqlamasında bildirib ki, həm ev, həm də vəhşi arıların sayının azalması ekosistemlərdə dörd mərhələli məhv prosesinə səbəb ola bilər.

Onun sözlərinə görə, ilk növbədə həşəratlarla tozlanan bitkilərin sayı azalır. Daha sonra həmin bitkilərin meyvə və toxumları ilə qidalanan ot yeyən heyvanların – quşlardan iri məməlilərə qədər – sayı azalır. Nəticədə bütün qida zənciri pozulur.

Bioloq qeyd edib ki, “Nature Communications” jurnalında yayımlanan modelləşdirməyə əsasən, tozlandırıcıların tamamilə yox olması on il ərzində biomüxtəlifliyin 15-20 faiz azalmasına səbəb ola bilər.

Pavel Amosov vurğulayıb ki, bu proses baytarlıq sahəsinə də birbaşa təsir edir. Belə ki, otlaq sahələrinin deqradasiyası, yem keyfiyyətinin aşağı düşməsi və kənd təsərrüfatı heyvanlarında qidalanma ilə bağlı xəstəliklərin artması müşahidə oluna bilər.

NURİYYƏ

Seçilən
27
redaktor.az

1Mənbələr