AZ

“Ümid edirik İrəvan Moskva ilə qarşıdurmaya getməyəcək” –Rusiya XİN

Moskva Ermənistanla qarşıdan gələn seçkilər fonunda sabit münasibətlərin qorunub saxlanılmasını gözləyir.

Azpost.info-nun məlumatına görə, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

O, bu açıqlamanı Rusiya Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasından sonra jurnalistlərə verib.

Onun sözlərinə görə ki, Rusiya ümid edir ki, Ermənistanda getdikcə gərginləşən seçkiqabağı vəziyyət fonunda cəmiyyət soyuqqanlı olacaq və Moskva ilə münasibətlərin pisləşməsinin qarşısını alacaq.

“Ümid edirik ki, qarşıdan gələn seçkiləri əhatə edən bu getdikcə gərgin atmosferdə Ermənistan cəmiyyəti heç kimin öz ölkəsini Rusiya ilə qarşıdurmaya sürükləməsinə imkan verməyəcək”.

AzPost.az

Seçilən
29
azpost.info

1Mənbələr