AZ

“Müştəri” cildində SOYĞUN: Mağazadan 2 milyonluq qızıl OĞURLANDI – VİDEO

Ussuriyskdə qızıl-zinət mağazasına basqın edilib – 2 milyon rublluq qızıl aparılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Primorski diyarı Prokurorluğu məlumat yayıb.

Rusiyanın Ussuriysk şəhərində yerləşən zərgərlik mağazasında oğurluq hadisəsi baş verib. Məlumata görə, bir kişi mağazanın vitrinini sındıraraq içəridəki qızıl-zinət əşyalarını talayıb.

Bu zaman onun cinayət ortağı olan qadın diqqəti yayındırmaq üçün mağazada guya bəzək əşyaları seçirmiş kimi davranaraq vitrinin qarşısında dayanıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində mağazaya təxminən 2 milyon rubl (təxminən 47 740 manat) dəyərində maddi ziyan vurulub.

Hazırda hüquq-mühafizə orqanları cinayətkarların saxlanılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
interpress.az

1Mənbələr