Hindistan bankların kredit çatışmazlığını mənzil maliyyəsinə yönəldib.
“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Hindistan Milli Mənzil Bankının idarəedici direktoru Sanjay Shukla deyib.
O bildirib ki, Hindistan hökuməti mənzil maliyyələşməsi üçün innovativ mexanizm yaradıb və bankların özəl sektora kreditləşmə üzrə çatışmayan hissəsindən formalaşan vəsait 4% güzəştli faizlə mənzil sektoruna yönəldilib.
Sanjay Shukla qeyd edib ki, bu mexanizm hesabına vəsaitlər 5-7 dəfə artırılıb və aşağı gəlirli əhali üçün kreditləşməyə yönəldilib.
Onun sözlərinə görə, Hindistanda 2014-2019-cu illərdə 29,5 milyon mənzil tikilib, növbəti mərhələdə isə daha 30 milyon mənzilin inşası planlaşdırılır.
Sanjay Shukla əlavə edib ki, ölkədə mənzil maliyyəsinin 85%-i daxili yığımlar, vergilər və dövlətin yaratdığı innovativ maliyyə mexanizmləri hesabına formalaşdırılır.