AZ

Trampın yaxın çevrəsi ona İranla razılığa gəlməsi üçün təzyiq göstərib

ABŞ Prezidenti Donald Trampın İranla razılığa gəlməsi üçün yaxın müşavirləri tərəfindən təzyiq altında olduğu iddia edilir.

Missiya.Az xəbər verir ki, bu barədə “Kanal 13” televiziyası adı açıqlanmayan yüksək vəzifəli İsrail rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, İranla bağlı tələsik addım atmadığını açıqlayan Trampa bəzi Körfəz ölkələri və onun yaxın işçi qrupu tərəfindən Tehran rejimi ilə razılığa gəlmək üçün təzyiq göstərilir.

Mənbə Vaşinqton və Tehran arasında davamlı barışığın yalnız Trampın güzəştə getməsi halında mümkün olacağını iddia edib və əlavə edib ki, İrana hücum variantı hələ də masadadır.

İsrailin yüksək vəzifəli rəsmisi Trampın İrana hücumlarla bağlı qərarını yaxın günlərdə verəcəyini qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr