AZ

Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı

Türkiyədə Bakırköy Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində alınan məlumat, araşdırılan rəqəmsal materiallar və əldə edilən məlumatlar əsasında əməliyyat keçirilib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatda məşhur şəxslərin narkotik və stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr müəyyən edilib. 
Bu çərçivədə İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında və Muğla vilayətində 25 ünvanda 25 şübhəlini hədəf alan əməliyyat keçirib.

Əməliyyat zamanı ünvanlarda axtarışlar aparılarkən, Mabel Matiz (Fatih Karaca), Feyza Civelek, Volkan Bahçekapalı, Onur Tuna, Osman Haktan Canevi, Aslıhan Turanlı, Kübra İmren Siyahdemir, Mehmet Rahşan, Cansu Tekin, Özgür Deniz Cellat, Tarık Tunca Bakır, Aycan Yağcı, Tuğçe Postoğlu və Eda Doranın nəzarətə alındığı öyrənilib.

Saxlanılacaq şəxslərin siyahısında olduğu iddia edilən Mirgün Cabas sosial media hesabında bu açıqlamanı verib: "Bu səhər mətbuatdan öyrəndim ki, adım istintaqda hallanır. Dünən atamı itirdim və onun dəfn mərasimi üçün İzmirdəyəm. Vəkillərim istintaq orqanları ilə əlaqə saxlayır və məlumat əldə etdikdən sonra lazımi tədbirləri görəcəyəm. Narahat olmayın".

Seçilən
12
ucnoqta.az

1Mənbələr