AZ

Hraparak: Rusiyada proseslərə ciddi yanaşmağa başlayıblar...

Nəşr iddia edir ki, Moskva Ermənistanda Rusiyaya qarşı aparılan “hibrid müharibə” ilə bağlı sərt siqnallar göndərir...

Poliqon xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti Rusiyanın hakim dairələrinin Ermənistanda Moskvaya qarşı aparıldığı iddia olunan “hibrid müharibə”yə artıq ciddi yanaşdığını yazıb.

Nəşrin məlumatına görə, Rusiya tərəfi xüsusilə anti-Rusiya və anti-Putin məzmunlu açıqlamaların hakimiyyətə yaxın dairələr və iqtidaryönlü şəxslər tərəfindən yayılmasından narahatdır.

“Hraparak” iddia edir ki, Rusiyada məşhur erməni sitkomlarından birində rol alan, hakimiyyətə yaxın mövqeyi ilə tanınan aktyorun Vladimir Putinə qarşı verdiyi müsahibələr və səsləndirdiyi açıqlamalar diqqət çəkib.

Qəzetin yazdığına görə, bundan sonra Rusiyada həmin aktyor-biznesmenin qohumu ilə əlaqə saxlanılıb və ona xəbərdarlıq edilib ki, əgər bu tip bəyanatlar və müsahibələr davam edərsə, onun Rusiyadakı fəaliyyəti və ölkədə qalması qısa müddətdə problemə çevrilə bilər.

Nəşr məsələ ilə bağlı daha ətraflı məlumatın qəzetin bugünkü sayında dərc olunduğunu bildirib.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr