AZ

Növbəti illərdə 30 milyon yeni ev tikiləcək - Hindistan Mərkəzi Bankı

“Hindistan dünyada ölçüsünə görə 7-ci, əhalisinə görə isə 1 və ya 2 ölkədir. Ölkə böyük müxtəlifliyə malikdir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Mənzil maliyyəsi üçün yeni sövdələşmə” adlı sessiyada Hindistanın Milli Mərkəzi Bankının baş direktoru Sanjay Şukula bildirdi.

“Dayanıqlı formada vəziyyəti idarə edə bilmişik. Qarşıdakı illərdə hər il 3 milyon ev tikəcəyik. Növbəti 5 ildə 30 milyon evin yarısı şəhərlərdə, yarısı isə kəndlərdə olacaq”.

O vurğuladı ki, Hindistanda 94 ipoteka şirkəti var:

“Kreditlərin geri qaytarılmaması əmsalı aşağı faiz təşkil edir. İpotekanı güzəştli şərtlərlə təqdim edirik. Bizim xarici maliyyə nisbətimiz təqribən 15 faizdir”.

Aytəkin TOFİQQIZI

Seçilən
26
redaktor.az

1Mənbələr