Türkiyədə məşhur simalara qarşı keçirilən narkotik əməliyyatlarında yeni dalğa başlayıb.
Sitat.info "Haber Global" istinadən xəbər verir ki, aparılan istintaq çərçivəsində aralarında Mabel Matiz və Serenay Sarıkayanın da olduğu 25 nəfər saxlanılıb.
Bakırköy Cümhuriyyət Baş Prokurorluğu tərəfindən məşhur şəxslərə qarşı başladılan qanunsuz maddə istintaqı çərçivəsində daxil olan şikayətlər, araşdırılan rəqəmsal materiallar və əldə edilən məlumatlar qiymətləndirilib. Cəmiyyətdə tanınan bir çox şəxsin narkotik və stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr müəyyən edildikdən sonra əməliyyat keçirilməsi barədə göstəriş verilib.
Bu qərar əsasında İstanbul İl Jandarma Komandanlığı qrupları tərəfindən 21 may 2026-cı il, cümə axşamı günü saat 07:00-dan etibarən genişmiqyaslı əməliyyat başladılıb. İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane, Üsküdar rayonlarında 24, Muğla şəhərində isə 1 ünvan olmaqla, ümumilikdə 25 məkanda axtarış və saxlama tədbirləri həyata keçirilib.
Əməliyyat zamanı saxlanılan və barəsində araşdırma aparılan şübhəli şəxslərin siyahısı aşağıdakı kimidir:
-
Serenay Sarıkaya
-
Berkay Şahin
-
Tan Taşcı
-
Yağmur Ünal
-
Mirgün Sırrı Cabas
-
Hakan Aydın (Blok 3)
-
Mabel Matiz (Fatih Karaca)
-
Feyza Civelek
-
Niran Ünsal
-
Volkan Bahçekapılı
-
Onur Tuna
-
Osman Haktan Canevi
-
Aslıhan Turanlı
-
Eren Kesimer
-
Kübra İmren Siyahdemir
-
Mehmet Rahşan
-
Cansu Tekin
-
Özgür Deniz Cellat
-
Yasemin İkbal
-
Tarık Tunca Bakır
-
Hanzede Gürkanlar
-
Aycan Yağcı
-
Tuğçe Postoğlu
-
Eda Dora
-
Semiha Bezek
Faktla bağlı başladılan genişmiqyaslı istintaq və hüquqi prosedurlar davam etdirilir.musavat.com