AZ

"İsrailin Fələstin Dövlətinin torpağı, dənizi və hava məkanı üzərində heç bir suverenliyi yoxdur"

"İsrailin

Qlobal Sumud Flotiliyasına məxsus gəmilərin qarşısının kəsilməsi və ələ keçirilməsi dərhal hüquqi sanksiyalar və vahid beynəlxalq mövqe tələb edən müharibə cinayətidir

Bu barədə Fələstin Dövlətinin Azərbaycandakı səfirliyindən xalqcebhesi.az-a daxil olan məlumatda deyilir.

Qeyd olunub ki, Fələstin Dövləti İsrail işğalçı qüvvələrinin Qəzza zolağına doğru hərəkət edən Qlobal Sumud Flotiliyasına məxsus gəmilərin beynəlxalq sularda qarşısını kəsməsini və onları ələ keçirməsini, habelə dünyanın müxtəlif ölkələrindən olan, humanitar yardım daşıyan iştirakçıların qanunsuz şəkildə saxlanılmasını ən sərt şəkildə pisləyir.

Bu, qeyri-qanuni işğalçı qüvvə olan İsrailin Qəzza zolağında Fələstin xalqına qarşı davam etdirdiyi soyqırımı, aclığa məhkumetmə və blokada cinayətlərini ört-basdır etməyə yönəlmiş yeni bir cinayətdir.

Fələstin Dövləti hesab edir ki, bu hücum bütün elementləri ilə dəniz quldurluğu aktıdır və beynəlxalq hüquq normalarının, o cümlədən BMT-nin Dəniz hüququ haqqında Konvensiyasının kobud şəkildə pozulmasıdır. Bu, həmçinin beynəlxalq humanitar hüquq və insan hüquqları prinsiplərinin ciddi pozuntusudur.

Xüsusilə də hücumun humanitar xarakterli dinc mülki təşəbbüsü hədəfə alması işğalın güc tətbiqi, kollektiv cəza və davamlı cəzasızlıq siyasətini bir daha göstərir və ona heç bir çəkindirici tədbir və hesabatlılıq olmadan özünü qanundan üstün qurum kimi aparmağa imkan verir.

Fələstin Dövləti vurğulayır ki, Qəzza zolağına tətbiq edilən İsrail blokadasının davam etməsi real siyasi perspektivi və sülhə nail olmaq imkanlarını, o cümlədən təcavüzün dayandırılması və İsrailin zolaqdan çıxarılmasına əsaslanan təşəbbüslərin və sülh planlarının növbəti mərhələlərinə doğru irəliləyişi əngəlləməyə xidmət edir. Bu, həm də Fələstin xalqnın yaşadığı humanitar fəlakəti daha da dərinləşdirir.

Fələstin Dövləti saxlanılan fəalların taleyi və təhlükəsizliyi ilə bağlı dərin narahatlığını bildirir və işğalçı qüvvə kimi İsraili onların həyatı və təhlükəsizliyi üçün tam məsuliyyət daşıyan tərəf hesab edir. Bu narahatlıq güc tətbiqi, gəmi və qayıqlara silahla hücum edilməsi, xilas çağırışlarının dayandırılması və dənizin açıq hissəsində təhlükəli şəraitdə gəmilərin hərəkətinin əngəllənməsi barədə yayılan məlumatlar fonunda daha da artır.

Fələstin Dövləti təsdiq edir ki, İsrailin Fələstin Dövlətinin torpağı, dənizi və hava məkanı üzərində heç bir suverenliyi yoxdur. İşğalçının dəniz keçidləri və humanitar yardımlar üzərində güc yolu ilə hegemonluq tətbiq etmək cəhdləri beynəlxalq hüququn açıq-aşkar pozulması və Fələstin xalqı ilə həmrəylik nümayiş etdirən beynəlxalq ictimai iradəyə qarşı hücumdur.

Fələstin Dövləti beynəlxalq ictimaiyyəti, o cümlədən BMT-ni, Avropa İttifaqını, hüquq müdafiə və humanitar təşkilatları öz hüquqi və mənəvi məsuliyyətlərini yerinə yetirməyə, bu cinayətə qarşı kollektiv şəkildə mübarizə aparmağa, İsrailə və işğalçı donanmaya beynəlxalq sularda cinayətlər törətdiyinə görə dərhal və çəkindirici hüquqi sanksiyalar tətbiq etməyə, Qəzza zolağına tətbiq edilən blokadanın aradan qaldırılması üçün təcili təzyiq göstərməyə, fəalların dərhal azad edilməsini təmin etməyə və humanitar missiyalara beynəlxalq müdafiə təmin etməyə çağırır.

Fələstin Dövləti Qlobal Sumud Flotiliyasında iştirak edən və həmrəylik göstərən bütün beynəlxalq iştirakçıları salamlayır, onların cəsarətini və nəcib humanitar mövqelərini yüksək qiymətləndirir. Fələstin Dövləti vurğulayır ki, onların mesajı Fələstin xalqı tərəfindən daim yüksək dəyərləndiriləcək və qürurla xatırlanacaq, eyni zamanda haqsızlığa, blokadaya və təcavüzə qarşı çıxan qlobal insanlıq vicdanının şahidi olaraq qalacaq.

Cavid

Seçilən
24
xalqcebhesi.az

1Mənbələr