AZ

Nəriman məhsuldar ötürmə etdi, komandası...

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” ABŞ Kubokunda növbəti oyuna çıxıb.

Publoika.az xəbər verir ki, sözügedən komanda 1/4 finalda “Nyu York Siti” ilə qarşılaşıb. Matç “Kolumbus Kryu”nun qələbəsi ilə başa çatıb – 1:0.

Nəriman oyuna start heyətdə başlayıb və 64-cü dəqiqəyə qədər meydanda olub. O, komandasının yeganə qolunun məhsuldar ötürməsini edib.

“Kolumbus Kryu” yarımfinalda “Orlando” ilə qarşılaşacaq.

Seçilən
13
1
publika.az

2Mənbələr