AZ

Ali komissar: Məcburi köçkünlər yük deyil, həll yolunun bir hissəsidirlər

Faktlar davamlı olaraq göstərir ki, qaçqınlar mənzilə və sərbəst hərəkət imkanına malik olduqda, onları qəbul edən icmalara iqtisadi və sosial töhfə verirlər.

APA xəbər verir ki, İraqın keçmiş prezidenti, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) Barham Salih WUF13 çərçivəsində keçirilən “Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil məsələsi” adlı tədbirdəki çıxışında deyib.

“Məcburi köçkünlər yük deyil, həll yolunun bir hissəsidirlər. Biz artıq bunun Keniyada və Efiopiyada düşərgələrin şəhərlərə çevrilməsindən, Çad və Mavritaniyada inklüziv yanaşmalara, eləcə də Avropada güclü bələdiyyə rəhbərliyinə qədər mümkün olduğunu görürük.

Şəhərlər artıq yalnız köçü idarə edən məkanlar deyil, onlar qoruma, inklüzivlik və həll yolları təqdim edən məkanlardır. Lakin bələdiyyələr bunu təkbaşına edə bilməz və etməməlidirlər. Onlara səlahiyyətlər, sabit maliyyələşmə, inkişaf tərəfdaşları, özəl sektor və icmalarla güclü əməkdaşlıq lazımdır”, - Barham Salih vurğulayıb.

Seçilən
16
4
apa.az

5Mənbələr