AZ

“1 milyard dolları daha böyük maliyyəyə çevirmək olar” - UN-Habitat rəhbəri

“Düşünürəm ki, 1 milyard dolları başqa maliyyə mənbələri ilə birləşdirmək istəyərdim. Vəsaiti əsas ehtiyacı olan sektorlara yönəldib investisiya ilə bölüşdürərdim. Əsas məsələ maliyyənin çoxaldılmasıdır. Bir qədər vəsaiti saxlayardım ki, digər məsələlərin idarə olunması üçün istifadə olunsun”.

Redaktor.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Mənzil maliyyəsi üçün yeni sövdələşmə” adlı sessiyada BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax səsləndirdi. 

“Məsələnin sosial tərəfini də yaddan çıxarmamalıyıq. Evin inşası üçün tələb olunan vəsait və yerli əhalinin kateqoriyaları da nəzərə alınmalıdır. Eyni zamanda, əhalinin sıx olduğu yerləri də unutmamalıyıq. Evin dəyərini hesablayarkən hər komponent nəzərə alınmalıdır. Yerli bələdiyyələrlə əməkdaşlıq quraraq məsələni həyata keçirə bilərik.

1 milyardı daha da çoxalda bilərdik. Bu vəsait sosial sövdələşmənin yaradılması üçün istifadə oluna bilər”.

Aytəkin TOFİQQIZI

Seçilən
13
redaktor.az

1Mənbələr