AZ

Çin koalisiya qurur? -Si Cinpin Şimali Koreyaya gedir

Renhap agentliyinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Çin prezidenti Si Cinpin gələn həftə Şimali Koreyaya səfər edəcək.

Agentliyə yüksək vəzifəli hökumət rəsmisi bildirib ki, “Prezident Si Cinpinin tezliklə Şimali Koreyaya səfər edəcəyinə dair kəşfiyyat məlumatları almışıq”.

Digər həmsöhbətin sözlərinə görə, Çin Xalq Respublikası sədrinin KXDR-ə səfərinin bu ayın sonunda və ya gələn ayın əvvəlində baş tutma ehtimalı yüksəkdir.

Başqa bir hökumət mənbəyi agentliyə bildirib ki, Çin lideri Şimali Koreya ilə ABŞ arasındakı münasibətlərdə vasitəçi rolunu öz üzərinə götürməyə cəhd edə bilər.

Onun sözlərinə görə, Cənubi Koreya prezidenti Li Ce Myon yanvar ayında Çinə dövlət səfəri zamanı Si Cinpindən Koreyalararası münasibətlərdə vasitəçilik etməyə kömək etməsini istəyib və Çin lideri bu xahişə müsbət cavab verib.

Seçilən
31
veteninfo.az

1Mənbələr