AZ

Anaklaudia Rossbax: Dünyada mənzil subsidiyasız tikilmir

Dünyada mənzil subsidiyasız tikilmir

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax deyib.

O bildirib ki, dünyada bütün ölkələr mənzil sektorunda müxtəlif subsidiyalar və təşviq mexanizmlərindən istifadə edir: “Bu planetdə subsidiyasız mənzil istehsal olunmur”.

Anaklaudia Rossbax qeyd edib ki, xüsusilə qlobal cənub ölkələrində maaşlarla mənzil qiymətləri arasında böyük fərq mövcuddur və bu səbəbdən daha çox dövlət dəstəyinə ehtiyac yaranır.

UN-Habitat rəhbəri vurğulayıb ki, mənzil siyasəti yalnız ev tikintisi deyil, bütöv yaşayış mühitinin formalaşdırılmasıdır: “Biz sadəcə ev tikmirik, yaşayış mühiti qururuq”.

Onun sözlərinə görə, mənzil layihələri nəqliyyat, ictimai məkanlar, iş yerlərinə çıxış, sosial xidmətlər və icma infrastrukturu ilə birlikdə planlaşdırılmalıdır.

Anaklaudia Rossbax əlavə edib ki, yerli hökumətlərin maliyyə müstəqilliyi və resurs imkanları bu prosesdə əsas rol oynayır. O bildirib ki, UN-Habitat və beynəlxalq maliyyə institutları bələdiyyələrin gəlirlərinin artırılması və torpaq əsaslı maliyyə mexanizmlərinin inkişafı üzərində işləyirlər.

Seçilən
30
apa.az

1Mənbələr