AZ

Bu il Ağdam, Füzuli və Xocavənd rayonlarına daha 30 min nəfər qayıdacaq

Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfdir.

Bizim.Media xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib

Onun sözlərinə görə, hazırda qeyd olunan bu 3 rayonda yaşayanların ümumi sayı 50 min nəfərdən çoxdur:

"Bu il daha 30 min sakinin doğma yurdlarına qayıtmağı əsas hədəfimizdir. Ağdamda 4 və 5-ci yaşayış komplekslərinin, iki kəndin tikintisinin başa çatması, Füzulinin isə Dövlətyarlı və Pirəhmədli kəndlərinin tikitinisinin başa çatdırılması ilə bunu təmin edə biləcəyik".

Bizim.Media

Seçilən
44
8
bizim.media

10Mənbələr