Bakı, 20 may, AZƏRTAC
Azərbaycanın çox yüksək səviyyədə ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çox əhəmiyyətli tədbirdir.
Bunu AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Liberiyada fəaliyyət göstərən konsultasiya şirkətinin eksperti
Maykl Dent deyib.
“Şəhərsalma sahəsində WUF13-də aparılan müzakirə və tədbirlərdən bir çox faydalı və innovativ ideyalar öyrənə və bu yanaşmaları öz ölkəmizdə tətbiq edə bilərik”, - deyə o diqqətə çatdırıb.