“Dövlət mülkiyyətində olan torpaqdan istifadə ediriksə və bu pulsuzdursa, xərclərimizin 50 faizi aradan qalxır. Biz yeni binaları köhnə binaların yerində tikə bilərik ki, bu da xərcləri müəyyən qədər azaldar”.
Redaktor.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Mənzil maliyyəsi üçün yeni sövdələşmə” adlı sessiyada BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax səsləndirdi.
“Çin milyonlarla insanı yoxsulluqdan çıxardı. Yeni binalar yerli maliyyə hesabına tikildi. Daxildə güclü maliyyə sistemləri yaradılmalıdır. Maliyyə çox mürəkkəb məsələdir. Bu forumda aparılan müzakirələr bizim üçün başlanğıc nöqtəsidir. Biz müxtəlif təşkilatların rollarını başa düşməliyik. Ev maliyyəsini birbaşa həyata keçirməliyik. Şəhər infrastrukturu yaradıb inkişaf etdirməliyik. Maliyyə çox zaman milli səviyyədə formalaşır. Dünyada elə bir yer yoxdur ki, evlər subsidiyasız tikilsin”.
Aytəkin TOFİQQIZI