AZ

İstanbulda məşhurlara əməliyyat: Məşhur müğənni və aktyorlar saxlanıldı

Türkiyənin İstanbul şəhərində məşhurlara qarşı genişmiqyaslı narkotik əməliyyatı keçirilib.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində məşhur sənət adamları da daxil olmaqla çoxsaylı şəxslər saxlanılıb. Onların arasında Mabel Matiz, Feyza Civelek, Volkan Bahçekapalı və Onur Tuna da var.

Məlumata görə, Bakırköy Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində daxil olan məlumatlar, araşdırılan rəqəmsal materiallar və əldə edilən digər sübutlar əsasında ictimaiyyətdə tanınan şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr müəyyən olunub. pizza

Bunun ardından İstanbul İl Jandarma Komutanlığı əməkdaşları tərəfindən səhər saat 07:00-dan etibarən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında, eləcə də Muğla vilayətində ümumilikdə 25 ünvanda əməliyyat keçirilib.

Əməliyyat zamanı ünvanlarda axtarış aparılıb və ümumilikdə 25 şübhəli barəsində saxlanılma qərarının olduğu bildirilib.

Saxlanılanlar arasında Osman Haktan Canevi, Aslıhan Turanlı, Kübra İmren Siyahdemir, Mehmet Rahşan, Cansu Tekin, Özgür Deniz Cellat, Tarık Tunca Bakır, Aycan Yağcı, Tuğçe Postoğlu və Eda Dora da yer alır.


Telegram kanalımız
Seçilən
34
2
yenisabah.az

3Mənbələr