AZ

Zelenski: Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır

ain.az bildirir, Apa.az portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə yaxşı təmasların olduğunu və yaxın həftələrdə üçtərəfli danışıqlar formatına qayıtmağa ümid etdiklərini bildirib.

"RBK-Ukrayna"nın məlumatına görə, Zelenski bildirib ki, bu dəfə Avropa tərəfinin də prosesə cəlb olunması gözlənilir.

Onun sözlərinə görə, Ukrayna komandası həm təhlükəsizlik sahəsində əməkdaşlıq, həm də Rusiya ilə diplomatik məsələlər üzrə ABŞ tərəfi ilə fəal əlaqə saxlayır.

Zelenski qeyd edib ki, üçtərəfli məzmunlu danışıqların bərpası və Avropanın prosesə qoşulması müsbət nəticə olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
3
apa.az

4Mənbələr