AZ

Çiya toxumu nədir və faydaları nələrdir?

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çiya toxumu həm rahat istifadəsi, həm də zəngin tərkibi ilə ön plana çıxan bitki mənşəli bir super qidadır. Su, qatıq, süd, salat və ya smuzilərə əlavə edilərək rahatlıqla istehlak edilə bilər. Maye ilə təmasda olub gel qvamı aldıqda toxluq hissi yaratmaq təsiri artır və həzm sistemi üçün daha faydalı hala gəlir.

Milli.Az xəbər verir ki, tərkibində yüksək miqdarda omeqa-3, lif, zülal, antioksidant və minerallar var. Bu da onu xüsusilə bitki mənşəli qidalanmaya üstünlük verənlər üçün çox dəyərli bir seçim edir.

Çiya toxumu, Mərkəzi və Cənubi Amerika mənşəli bir bitki olan Salvia hispanica-nın kiçik, oval və qara-boz rəngli toxumlarıdır. Əsrlər boyu asteklər və mayalılar tərəfindən enerji mənbəyi kimi istifadə edilmişdir. Su ilə təmas etdikdə şişərək gel qvamı alır. Bu xüsusiyyəti sayəsində həm maye sorucu, həm də tox tutan bir qidaya çevrilir. Günümüzdə sağlam qidalanan şəxslər arasında tez-tez seçilən təbii bir enerji və lif mənbəyidir.

Çiya toxumları ümumi sağlamlığı dəstəkləyən bir çox faydalı maddələrlə zəngindir:

Bitki mənşəli omeqa-3 yağ turşuları ilə zəngindir. Bu isə pis xolesterolu azaldaraq ürək və damar sağlığını qoruyur.

Yüksək lif tərkibi sayəsində bağırsaq fəaliyyətini tənzimləyir, qəbizlik riskini azaldır və uzun müddət toxluq yaradır.

Lif və sağlam yağ nisbəti sayəsində qan şəkərini nizamlayır və qəfil şəkər yüksəlmələrinin qarşısını ala bilir.

Tərkibindəki kalsium, fosfor və maqnezium ilə sümükləri dəstəkləyir, sümük əriməsi (osteoporoz) riskini azaldır.

Hüceyrələrə zərər verən sərbəst radikalları zərərsizləşdirərək qocalmanı yavaşladır və xəstəlik risklərini azaldır.

Çiya toxumu necə istifadə olunur?

Çiya toxumu çiy və ya isladılmış şəkildə yeyilə bilər. Su, süd və ya bitki mənşəli içkilərlə qarışdırılıb 10-15 dəqiqə gözlədildikdə gel qvamına gəlir. Bu geli salatlara, qatığa, smuzilərə və ya şirniyyatlara əlavə etmək olar. Həmçinin un məmulatlarında yumurtanın əvəzinə bağlayıcı maddə kimi də istifadə edilə bilər. Gündəlik istifadədə toxumu şişirdərək (isladaraq) yemək həzmi daha da asanlaşdırır.

Çiya toxumunun zərərləri nələrdir?

Çiya toxumu ümumiyyətlə təhlükəsiz qida sayılır, lakin həddindən artıq istifadəsi bəzi problemlərə yol aça bilər. Yüksək lif tərkibi səbəbindən həddən çox yeyildikdə qaz, şişkinlik və qarın ağrısı verə bilər. Su ilə təmas etmədən, quru şəkildə çox miqdarda qəbul edildikdə bağırsaqlarda tıxanma riski yarada bilər. Həmçinin bəzi insanlarda allergik reaksiyalar verə bilər. Qandurulducu dərman qəbul edənlər və ya təzyiq xəstələri çiya istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.

Çiya toxunun 28 qramlıq (təxminən 2 xörək qaşığı) porsiyasında təxminən 137 kalori, 4 qram zülal, 11 qram lif, 9 qram yağ (bunun təxminən 5 qramı omeqa-3-dür) var. O, həmçinin gündəlik kalsium ehtiyacının 18%-ni, manqan ehtiyacının 30%-ni və fosfor ehtiyacının 27%-ni qarşılayır. Tərkibində xolesterol yoxdur və qlütensizdir.Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
news.milli.az

1Mənbələr