AZ

Orqanizm üçün ən faydalı içki hansıdır?

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Orqanizmin sağlam fəaliyyəti üçün su ən vacib maye hesab olunur. Su həm həzmi yaxşılaşdırır, həm də mədənin normal işləməsinə kömək edir.

Milli.Az xəbər verir ki, bəzi süd məhsulları və ayran da mədə üçün faydalı ola bilər. Xüsusilə yay aylarında istifadə olunan ağartı məhsulları bağırsaq fəaliyyətinə müsbət təsir göstərir və orqanizmi müəyyən qədər rahatlaşdırır.

Bununla yanaşı, həkimlər həddindən artıq yağlı və turş süd məhsullarının bəzi insanlarda köp, turşuluq və mədə narahatlığı yarada biləcəyini deyirlər. Bu səbəbdən istifadə zamanı ölçüyə diqqət yetirilməsi tövsiyə olunur.

Mütəxəssislər vurğulayırlar ki, gündəlik maye ehtiyacının əsas hissəsi sudan qarşılanmalıdır. Onların fikrincə, su həm mədə, həm də ümumi bədən sağlamlığı üçün ən faydalı seçim olaraq qalır. 

Asya

Milli.Az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
news.milli.az

1Mənbələr