AZ

Sançesdən İsrailə sərt reaksiya: Buna dözməyəcəyik!

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Vətəndaşlarımıza qarşı heç kimin pis rəftar etməsinə dözməyəcəyik. Sentyabr ayında İsrail hökumətinin bu üzvünün ölkəmizə girişinə qadağa qoyduğumu elan etmişdim.

Axar.az xəbər verir ki, bunu İspaniya Baş naziri Pedro Sançes İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin yaydığı görüntüləri şərh edərkən bildirib.

"İndi Brüsseldə bu sanksiyaların təcili olaraq Avropa səviyyəsinə qaldırılması üçün səy göstərəcəyik”, - Sançes vurğulayıb.

Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzaya humanitar yardım apardığı üçün saxlanılan Sumud donanmasının fəallarının təhqir edilməsini əks etdirən görüntüləri yayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
axar.az

1Mənbələr