AZ

Xəzər dənizi üzərində PUA HƏYƏCANI: Neft zavodu VURULDU - Ölənlər var - VİDEO

Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Samara vilayətinin Sızran şəhərinə hücum təşkil edib.

Musavat.com xəbər verir ki, vilayət qubernatoru hücum nəticəsində iki nəfərin həlak olduğunu bəyan edib.

Ukraynanın "Telegram" kanalları isə yerli neft emalı zavodunun (NEZ) hədəf alındığını bildirərək hadisə yerindən güclü yanğın görüntülərini paylaşıblar.

Rusiya Müdafiə Nazirliyindən verilən rəsmi məlumata görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Rusiyanın müxtəlif regionları və Xəzər dənizi üzərində Ukraynaya məxsus 121 dronu vuraraq zərərsizləşdirib.

Musavat.com

Seçilən
2
2
musavat.com

3Mənbələr