AZ

Şükürbəyli kənd sakini: Doğma torpaqlarda bizi gözəl yaşayış və yeni həyat gözləyir VİDEO

Bakı, 21 may, AZƏRTAC

Doğma torpaqlara qayıdış sakinlər tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanır. Uzun illər yurd həsrəti yaşayan insanlar bu gün öz kənd və şəhərlərində yeni həyata başlayırlar.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan keçmiş məcburi köçkün Vüsal Dünyamalıyev söyləyib. O deyib: “Burada görülən işləri sözlə ifadə etmək mənim üçün çətindir. Çünki bizi həmin torpaqlarda yeni yaşayış və yeni həyat gözləyir. Bu günləri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə möhkəm cansağlığı arzulayıram”.

Müsahibimiz vurğulayıb ki, keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıtması ən böyük xoşbəxtlikdir: “Xüsusilə Şərqi Zəngəzur və Qarabağ bölgələrində həyatın yenidən canlanması hər kəsdə böyük ümid yaradır. Əminəm ki, insanlar həmin bölgələrdə daim yaşayacaq, doğma torpaqlarını daha da inkişaf etdirəcəklər”.

Müxbir - Mehrac Ağasiyev
Fotoqraf - Nicat Haşımov

 

Seçilən
25
2
azertag.az

3Mənbələr