AZ

ABŞ İrana gedən tankerə hərbi qüvvə çıxarıb

ABŞ Dəniz Piyadaları Korpusunun şəxsi heyəti "Celestial Sea" neft tankerinə çıxıb.

Musavat.com ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına istinadən xəbər verir ki, buna səbəb tankerin ABŞ-ın İrana qarşı dəniz blokadasını pozmağa cəhd edə biləcəyi şübhələri olub:

"Bu gün səhər Oman körfəzində 31-ci Dəniz Ekspedisiya Bölməsinin ABŞ dəniz piyadaları ABŞ blokadasını pozmağa cəhd etdiyinə dair şübhələr səbəbindən İran bayrağı altında üzən "Celestial Sea" ticarət tankerinə miniblər.

ABŞ qüvvələri gəmini axtardıqdan və heyətə istiqamətini dəyişməyi tapşırdıqdan sonra onu buraxıblar".

Komandanlığın məlumatına görə, ABŞ-ın İrana qarşı hərbi blokadasının bir aydan çox müddətində ABŞ ordusu ümumilikdə 91 ticarət gəmisini hərəkət istiqamətini dəyişərək İrana yönlənməsinə imkan verməyib.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr