AZ

“Azərişıq” “Radiozavod” yarımstansiyasının yenidən qurulmasına 28.2 milyon sərf edəcək

Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mövcud 110/10/10 kV-luq "Radiozavod" yarımstansiyasının 110/35/10 kV-luq 2x40 MVA gücündə "GİS" tipli, tam qapalı yenidənqurulması və 110 kV-luq "Həzi Aslanov" -"Əhmədli" yarımstansiyaları arası kabel xəttinin yeni yarımstansiyaya giriş-çıxış edilməklə əlaqələndirilməsinə 28 270 116 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, sifarişçi “Azərişıq” ASC, icraçı isə “İma-Energy” MMC-dir.

 

ASC və MMC arasında müqavilə bağlanıb.

 

Şirkətin rəhbəri Mirzə Faiq oğlu Nəsirovdur.  MMC əvvəllər də ASC-nin tenderlərini əldə edib.

 

Cabir

Tarix: 21 May 2026, 08:33   
Seçilən
51
pravda.az

1Mənbələr