AZ

Ona qarşı cinayət işi açılacaq

Ermənistanda Baş naziri Nikol Paşinyan Vanadzorda keçirilən seçkiqabağı təşviqat kampaniyası zamanı "Çiçəklənən Ermənistan" partiyasından namizəd Andranik Tevanyana qarşı dövlətə xəyanət ittihamı ilə cinayət işinin açılacağını bəyan edib.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan müxalif namizədə qarşı artıq müvafiq materialların hazırlandığını bildirib.

“Milli Təhlükəsizlik Xidməti müəyyən olunmuş qaydada İstintaq Komitəsinə rəsmi məlumat göndərəcək. Gözləyirik ki, Andranik Tevanyana qarşı vətənə xəyanət maddəsi ilə cinayət işi açılsın”, - deyə Baş nazir qeyd edib.

O, Ermənistanda casus şəbəkəsinin fəaliyyət göstərdiyini və hakimiyyətin bununla bağlı tədbir görəcəyini də diqqətə çatdırıb.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Seçilən
4
18
publika.az

10Mənbələr