AZ

İran ABŞ hücumu halında yeni silahlardan istifadə etməyə hazır olduğunu açıqlayıb

BAKI, 21 may. TELEQRAF

İran ABŞ tərəfindən mümkün hücum olacağı təqdirdə indiyədək tətbiq edilməmiş yeni silahlardan istifadə etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə iranlı hərbi mənbə "RIA Novosti"nə bildirib.

Mənbənin sözlərinə görə, İran ölkə daxilində hələ döyüş şəraitində istifadə olunmayan və faktiki olaraq sınaqdan keçirilməyən müasir silahlar istehsal edib.

“Biz döyüş meydanında hələ tətbiq edilməmiş müasir silahlar hazırlamışıq”, - deyə o qeyd edib.

Hərbi mənbə əlavə edib ki, müdafiə imkanları və silah təminatı baxımından ölkədə hər hansı çatışmazlıq yoxdur.

“Bu dəfə təmkinli davranmaq niyyətində deyilik”, - deyə o vurğulayıb.

Bundan əvvəl Donald Tramp ABŞ-ın yaxın günlərdə İrana qarşı yeni hücuma başlaya biləcəyini istisna etməmişdi.

Tramp həmçinin Vaşinqton və Tehran arasında razılaşma əldə olunmayacağı halda ABŞ-ın İrana zərbələri bərpa edəcəyini bildirmişdi.

Seçilən
86
teleqraf.com

1Mənbələr