AZ

“Sabah”dan daha bir çempionluq

U-14 Liqasında 2025/26 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Liqanın final oyununda “Sabah” və “Qarabağ” üz-üzə gəlib.

Binə qəsəbə stadionunda keçirilən görüş 1:1 hesablı bərabərliklə nəticələnib. Oyunun penaltilər seriyasında daha dəqiq oynayan Nasir Nəsirlinin çalışdırdığı komandamız mövsümü çempion kimi başa vurub.

Matçdan sonra komandaya çempionluq kuboku və qızıl medallar təqdim edilib.

Bu, cari mövsümdə “Sabah” akademiyasının komandalarının ikinci çempionluğudur. Bir müddət öncə U-16 da mövsümün bitməsinə 2 tur qalmış çempionluğunu təmin etmişdi.

Seçilən
106
sportinfo.az

1Mənbələr