AZ

“Barselona” ulduz futbolçunun transferindən imtina etdi

“Barselona” “İnter”in və İtaliya millisinin müdafiəçisi Alessandro Bastoninin transferi ilə bağlı cəhdlərindən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Kataloniya klubu “İnter”in futbolçu üçün tələb etdiyi minimum 70 milyon avroluq məbləği ödəmək imkanına malik deyil. Milan təmsilçisi isə qiymətdə güzəştə getməyə hazırlaşmır.

Bundan əlavə, “Barselona” futbolçunun öz davranışından da narazı qalıb. Belə ki, Bastoni klub rəhbərliyinə təzyiq göstərməkdən imtina edib.

Seçilən
5
16
publika.az

10Mənbələr