AZ

Ərbil yaxınlığında İran müxalifətinin düşərgəsi raket atəşinə tutulub

BAKI, 21 may. TELEQRAF

İran hakimiyyətinə müxalif olan silahlı qrupların düşərgəsi Ərbil yaxınlığında raket hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, hadisə İraq Kürdüstanında yerləşən Ceznikan yaşayış məntəqəsində baş verib.

Məlumata əsasən, Ərbilin şimalında yerləşən İran müxalifət qüvvələrinin düşərgəsinə İran ərazisindən bir neçə raket atılıb.

Hücum nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.

Seçilən
112
teleqraf.com

1Mənbələr