AZ

Bunu Artetadan başqa heç bir məşqçi bacarmayıb

"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında (İPL) maraqlı nəticəyə imza atıb.

Fanat.Az xəbər verir ki, o, "topçular"la iki çempionat mövsümündə həmyerlisi Xosep Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti"ni qabaqlayan ilk məşqçi olub.

Ötənmövsümkü mübarizənin sonunda "Arsenal" turnir cədvəlinin ikinci, "Mançester Siti" isə üçüncü pilləsində mövqe tutmuşdu.

Ümumilikdə, Premyer Liqada 4 məşqçi bir dəfə Qvardiolanı geridə qoyub. Bunlar Arne Slot ("Liverpul", 2024/2025), Yürgen Klopp ("Liverpul", 2019/2020), Maurisio Poçettino ("Tottenhem", 2016/2017) və Antonio Kontedir ("Çelsi", 2016/2017).

Premyer Liqanın 37-ci turu çərçivəsində dünən "Mançester Siti" "Bornmut"la heç-heçə edərək çempionluq şansını itirib və "Arsenal" uzun fasilədən sonra tutula yiyələnib.

Toğrul

Seçilən
2
fanat.az

1Mənbələr