
UEFA Avropa Liqasında 2025-2026-cı illər mövsümünün qalibinin adı müəyyənləşib.
Missiya.Az xəbər verir ki, final matçında “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gəlib.
İstanbuldakı "Beşiktaş Park" stadionunda keçirilən oyun "Aston Villa"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Aston Villa”nın heyətində qolları Yuri Tilemans (41-ci dəqiqə), Emiliano Buendiya (45+3) və Morqan Rocers (58) vurub.
Daşqın Həsənov
Missiya.Az