AZ

Dünya futbolu tarixində Unai Emeri kimisi olmamışdı

UEFA Avopa Liqasının bu gecə İstanbulda baş tutan final oyununda "Frayburq"u 3:0 hesabı ilə yenərək turnirin qalibi olan "Aston Villa"nın baş məşqçisi Unai Emeri tarixi uğura imza atıb.

Fanat.Az xəbər verir ki, məşqçilik karyerasında 5-ci dəfə Avropa Liqasının kubokunu başı üzərinə qaldıran ispaniyalı çalışdırıcı qitəmiqyaslı turnirlərdən birini 3 müxtəlif komanda ilə qazanmış ilk məşqçi olub.

O, daha öncə "Sevilya" ilə ardıcıl 3 (2014, 2015, 2016), "Vilyarreal" ilə 1 dəfə sözügedən liqada qələbə sevinci yaşayıb.

Nihat

Seçilən
30
fanat.az

1Mənbələr