AZ

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

Tbilisi, 21 may, AZƏRTAC

Təbii qazın alışı üzrə Azərbaycanla 20 illik müqavilənin müddəti başa çatırdı. Amma Azərbaycan tərəfi ilə aparılan səmərəli danışıqlar nəticəsində müqavilənin müddəti daha 20 il uzadıldı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Imedi LIVE” verilişində bildirib.

İrakli Kobaxidze bu razılaşmaya görə, Azərbaycan tərəfinə bir daha minnətdarlıq edib.

Hökumət başçısının sözlərinə görə, “Imedi” televiziyasında debatlar zamanı enerji üzrə ekspert tərəfindən ünvanlanan hər bir suala konkret danışıqlar və daha sonra konkret razılaşma yolu ilə cavab verilib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
80
1
azertag.az

2Mənbələr