AZ

Cənubi Afrika Ebola ilə mübarizə üçün 2,5 milyon dollar ayırıb

Cənubi Afrika Respublikası Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola virusu ilə mübarizəyə dəstək məqsədilə 2,5 milyon dollar vəsait ayırıb.

APA xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Qurumun bəyanatında bildirilib ki, bu yardım Afrikada ictimai səhiyyə təhlükələrinin artdığı və infeksiyanın sərhədlərarası yayılması riskinin yüksəldiyi bir dövrdə qitənin həmrəyliyini nümayiş etdirir.

Vurğulanıb ki, ayrılan vəsait epidemioloji nəzarət, laboratoriya sistemlərinin gücləndirilməsi, operativ müdaxilə, infeksiyaların qarşısının alınması və sərhəd hazırlığı kimi istiqamətlərdə istifadə olunacaq.

Bundan əlavə, yardımın Ebola virusundan zərər çəkmiş icmalara dəstək məqsədi daşıdığı qeyd edilib.

Seçilən
71
apa.az

1Mənbələr