AZ

Kazemiro “İnter Mayami”yə keçməyə yaxındır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro “İnter Mayami”yə keçməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar son mərhələdədir. Braziliyalı futbolçu Lionel Messi ilə eyni komandada oynamaq istəyini də açıq şəkildə göstərib. Transferin mövsümün sonunda, Kazemironun “Mançester Yunayted”lə müqaviləsi bitdikdən sonra azad agent kimi pulsuz şəkildə reallaşması gözlənilir.

2022-ci ildə “Real”dan “Mançester Yunayted”ə keçən futbolçu bu mövsüm 35 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt-a görə onun bazar dəyəri 8 milyon avrodur.

Seçilən
31
idmanxeber.az

1Mənbələr