2026-cı ilin ilk dörd ayında Azərbaycandan xaricə 40 737,43 ton alma ixrac edilib.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, bu həcmdə ixracın dəyəri 32 565,77 min ABŞ dolları təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə 38 798,11 ton alma ixrac olunub və ixracın dəyəri 26 576,96 min ABŞ dolları olub.
Beləliklə, illik müqayisədə alma ixracının həcmi 1 939,32 ton və ya 5% artıb.
İxracın dəyərində isə 5 988,81 min ABŞ dolları və ya 22,5% artım qeydə alınıb.