AZ

WUF13-ün dördüncü günü belə yadda qaldı

WUF13-ün dördüncü günü “Bakı Şəhərsalma Mükafatı” təsis olunub, SPECA Şəhərlər Forumu və digər yüksəksəviyyəli tədbirlər keçirilib

Mayın 20-də Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma, iqlimədavamlı urbanizasiya və dayanıqlı inkişaf mövzularına həsr olunan müzakirələr davam edib.

WUF13 tədbirinin dördüncü günü çərçivəsində çoxsaylı dialoqlar, xüsusi sessiyalar və qrup iclasları təşkil olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və “Clean Air Fund” (CAF) təşkilatının tərəfdaşlığı ilə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda yüksəksəviyyəli forum təşkil olunub.

Forumun açılışında Leyla Əliyevanın tədbir iştirakçılarına ünvanladığı müraciət səsləndirilib. Leyla Əliyeva müraciətində qeyd edib ki, hava keyfiyyəti şəhər sakinlərinin sağlamlığı, rifahı və gələcək nəsillər üçün təhlükəsiz yaşayış mühitinin təmin olunması baxımdan mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, təmiz hava məsələsi müasir şəhərsalma gündəliyinin prioritetlərindən birinə çevrilməlidir. Həmçinin IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən fəaliyyətlər, “Bizim Həyət” layihəsi çərçivəsində həyət sahələrinin abadlaşdırılması, eləcə də ağacəkmə, maarifləndirmə və dayanıqlı nəqliyyatın təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib. Hava çirklənməsinin azaldılması, daha yaşıl, dayanıqlı və insanyönümlü şəhərlərin qurulması üçün beynəlxalq səylərin vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.

Seçilən
20
publika.az

1Mənbələr