AZ

Tramp İranla sülh sazişini yekunlaşdırmaq üçün tələsmədiyini bildirib

Vaşinqton, 20 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İranla sülh sazişini yekunlaşdırmaq üçün tələsmədiyini bildirib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında deyib. Tramp İranla yalnız Hörmüz boğazının yenidən açılmasına yönəlmiş məhdud razılaşma bağlamağı düşünmədiyini əlavə edib.

“Biz yalnız bir şans verəcəyik. Mən tələsmirəm”, - deyə o bildirib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
73
1
azertag.az

2Mənbələr