AZ

Türkiyə millisinin keçmiş hücumçusunun 10 il həbsi istənilir

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" istintaqı çərçivəsində həbs edilmiş Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Ümit Karan barəsində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb edilib.

Moderator.az DHA agentliyinə istinadən xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə keçmiş hücumçuya qarşı "narkotik vasitələrin ticarəti" ittihamı irəli sürülüb.

Sənəddə Karanın əldə etdiyi narkotik maddələri başqalarına ötürərək bu cinayəti "zəncirvari şəkildə" törətdiyi qeyd olunub. Futbolçu ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edib.

Həbs qətimkan tədbiri davam edən Karanın yaxın günlərdə hakim qarşısına çıxarılması gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
5
moderator.az

6Mənbələr