AZ

Silva üçün daha bir klub iddialıdı

“Mançester Siti”dən ayrılacağını açıqlayan Bernardo Silva bir neçə klubun maraq dairəsinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, “Yuventus” və “Qalatasaray”dan sonra “Atletiko” da portuqaliyalı yarımmüdafiəçini transfer siyahısına daxil edib.

Madrid klubu Silvanı Antuan Qrizmannın mümkün əvəzləyicisi kimi görür və onunla danışıqlara başlamağı planlaşdırır.

31 yaşlı futbolçu bu mövsüm “Mançester Siti”də 52 oyunda 3 qol və 5 assistlə yadda qalıb.

Seçilən
76
idmanxeber.az

1Mənbələr