AZ

Alkoqolizmi necə müəyyən etmək olar? Narkoloq yolları açıqladı

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Heç bir səbəb olmadan təkbaşına içki içmək istəyi alkoqolizmin xəbərdaredici əlamətlərindən biridir.Demokrat.az xəbər verir ki, bunu psixiatr-narkoloq Yuliya Perminova "RİA Novosti"yə açıqlamasında bildirib.Onun sözlərinə görə, alkoqol asılılığının bəzi əlamətlərini yalnız mütəxəssis müəyyən edə bilər, lakin bir hissəsi özünü müşahidə (özünü analiz) vasitəsilə də aşkar oluna bilər."Həftədə bir dəfə içməkdən ayda bir dəfə içməyə nisbətən daha tez-tez içməyə başlamısınızsa, əvvəllər istifadə etmədiyiniz yeni bəhanələr tapırsınızsa, içki barədə düşünmək sizdə əhvalın yaxşılaşmasına səbəb olursa və "davamını içmək" istəyi yaranırsa - bu artıq narahatedici siqnaldır", deyə mütəxəssis bildirib.O əlavə edib ki, digər əlamətlərə emosional reaksiyaların dəyişməsi, sərxoş halda kiçik travmaların artması, sənəd və əşyaların itirilməsi, həmçinin zaman və məkan oriyentasiyasının pozulması daxildir.Mütəxəssis qeyd edib ki, bu əlamətlərdən üç və daha çoxu müşahidə olunarsa, həkimə müraciət etmək tövsiyə olunur.15 may tarixində digər mütəxəssis də bildirmişdi ki, məişət səviyyəsində alkoqol asılılığı hətta az miqdarda spirtli içkinin mütəmadi istifadəsi ilə bir il ərzində inkişaf edə bilər.Onun sözlərinə görə, bu mərhələdə hələ güclü psixoloji və fiziki asılılıq formalaşmasa da, orqanizmə zərər artıq başlayır.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
demokrat.az

1Mənbələr