Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Sürücü qəsdən avtomobilini yandırıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Krasnoyarsk diyarında baş verib.
Məlumata görə, yol-patrul xidməti (YPX) əməkdaşı hərəkətdə olan dövlət qeydiyyat nişanı olmayan "Niva" markalı avtomobili saxlayıblar. Sükan arxasında olan 58 yaşlı kişinin daha əvvəl sürücülük hüququndan məhrum edildiyi məlum olub. Polis əməkdaşları sürücünü idarəetmədən uzaqlaşdıraraq barəsində protokol tərtib etməyə başlayıblar.
Avtomobilinin cərimə meydançasına aparılacağını anlayan sürücü salonda benzinin içərisində olan əskini yandıraraq öz maşınına od vurub.
Lakin onun bu cəhdi baş tutmayıb. YPX əməkdaşları dərhal yanğınsöndürən balondan istifadə edərək alovun böyüməsinin qarşısını alıblar.
Maşınını yandırmağa çalışan sürücü 5 sutka müddətinə inzibati qaydada həbs edilib. "Niva" markalı avtomobil isə elə sahibinin gözü qarşısında evakuator vasitəsilə cərimə meydançasına aparılıb.
Namiq Musayev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.