AZ

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türk müğənni Nazan Öncel Harbiye açıq hava konsertində “Dostluqlar yalanmış” sözləri ilə “Erkekler de Yanar” mahnısında duet oxuduğu Sezen Aksu ilə münasibətlərinin pozulduğunu açıqlayıb.Demokrat.az xəbər verir ki, Nazan Öncelin meneceri Yağız Yılmaz məsələ ilə bağlı sosial şəbəkədə açıqlama verib:"İki böyük ustad, iki böyük dəyər. Biz duet edib "kişiləri yandıracağıq" deyə düşünmüşdük, amma yarım əsrlik dostluq yandı. Duetin yaradılma prosesində xoşagəlməz hadisələr yaşandı: Sözlərə əməl olunmadı, icazə verildiyi halda "icazəm yoxdur" deyilərək studiya prosesində sənətçimiz səs mühəndislərinin yanında çətin vəziyyətdə qaldı. Nazan xanım "Sezen, axtarılan çörək kimidir" deyərək hər gün ona sevgisini ifadə etsə də, qarşı tərəfdən sərt reaksiyalar, alçaldıcı davranışlar və "mahnını dayandırarıq" kimi təhdidlər gəldi. Açıqlama artıq yayımlandığı üçün geri dönüş mümkün olmadı və mahnını yayımlamaq məcburiyyətində qaldıq. Bu nəticədən çox üzgünük".Nazan Öncel isə şəxsi sosial media hesabında da açıqlama verib:"İnsanıq, mükəmməl deyilik. Bəli, duet prosesi çətin keçdi, amma bu qədər həssas ürəklər üçün belə şeylər ağırdır. İnsan çox sevdiyi biri tərəfindən kənara qoyulanda bunu içində yaşayır. 40 ildir gündəm arxasınca qaçmayan biri kimi bunu demək məcburiyyətində qaldım. Musiqi danışılmasını istərdim. Bizi sevənləri kədərləndirdiksə, üzr istəyirəm".Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
demokrat.az

1Mənbələr