AZ

Tramp Putinin Çinə səfərindən danışdı: “Baxırdım...”

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Çindəki rəsmi qarşılanma mərasimini izləyib.

Bizim.Media "DRM News"a istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ştatların rəhbəri jurnalistlərə açıqlamasında bildirib.
 

"Mən baxırdım", — deyə amerikalı lider Çinə səfər edən Rusiya liderinin Pekində qarşılanmasının teletranslyasiyasını nəzərdə tutaraq qeyd edib.


Qeyd edək ki, mayın 19-da Vladimir Putin Si Cinpinin dəvəti ilə Çinə iki günlük rəsmi səfər edib.

Rusiya dövlət başçısının bu səfəri Rusiya-Çin mehriban qonşuluq müqaviləsinin imzalanmasının 25 illiyinə təsadüf edib.

Bizim.Media

Seçilən
15
1
bizim.media

2Mənbələr